Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.
Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq. Məmmədəli Mehdiyev (90 kq) 1/16 final mərhələsində Çristian Parlati (İtaliya) / Aleksander Knauf (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.