Sonuncu dəfə 2019-cu ildə keçirilən və pandemiya səbəbindən erkən tamamlanan basketbol üzrə Azərbaycan çempionatı yenidən bərpa olunur. Oktyabrın 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış mərasimi baş tutacaq.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Yeni mövsümün açılış oyununda “Sərhədçi” ilə NTD komandaları üz-üzə gələcəklər. Qarşılaşma saat 18:30-da start götürəcək.
1-ci turun digər görüşləri 15 oktyabrda "Sərhədçi" İdman Olimpiya Mərkəzində oynanılacaq.