“Qəbələ”nin sabiq baş məşqçisi striptiz şou göstərdi - VİDEO

16:30 10 Oktyabr 2022

“Qəbələ”nin sabiq baş məşqçisi, “Arsenal”ın əfsanəvi futbolçularından olan Toni Adams İngiltərədə striptiz şouları ilə məşhur verilişin qonağı olub.

O, Katya Consla adlı xanımla birgə striptiz şou nümayiş etdirib. Səsvermə nəticəsində Adams hətta şounun qalibi olub.

Daha sonra o, Azərbaycanda işlədiyi dövrlərdən danışıb: “Orada daim isti münasibət var idi. Qəbələ və Bakı çox gözəl idi. Amma matçlara gedəndə heyrətə gəlirdim. Stadionun ətrafı çox çirkli idi. Bir dəfə hətta məşq zamanı stadiona inək gəlmişdi”.

Xatırladaq ki, London “Arsenal”ında və İngiltərə yığmasındakı çıxışı ilə məşhur olan Toni Adams 2010-2011-ci illər aralığında “Qəbələ”də baş məşqçi olub, daha sonra bu klubda müxtəlif vəzifələrdə çalışıb. Son olaraq, 2017-ci ildə “Qranada”ya rəhbərlik etmiş Adams, həmin dövrdən bəri işsizdir. 

 

 


Xəbər xətti