Lionel Messi Çempionlar Liqası oyununu buraxacaq

17:21 10 Oktyabr 2022

PSJ-nin futbolçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Benfika" ilə oyunu buraxacaq.

Zədədən əziyyət çəkən 35 yaşlı hücumçu hələ də komanda ilə məşqlərə başlamayıb.

O, bugünkü məşqdə də iştirak etməyib. Ona görə də Messi "Benfika" ilə sabahkı görüşü buraxacaq. Messi həftəsonu Liqa 1-də "Reyms"lə oyunda (0:0) da meydana çıxmayıb.

Əlavə edək ki, sabah keçiriləcək PSJ - "Benfika" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti