İngiltərənin "Brayton" klubunda çıxış edən Enok Mvepu 24 yaşında peşəkar karyerasını başa vurub.
Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi ürəyində olan problemə görə bu qərarı verib. Zambiyalı futbolçu sosial şəbəkə hesabında etdiyi paylaşımda həkimlərin məsləhəti ilə karyerasını bitirdiyini bildirib.
Qeyd edək ki, Enok Mvepu "Brayton"a 2021-ci ilin yayında "Zaltsburq"dan transfer olunub. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 27 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.