"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı Noa Atubolu ilə müqaviləni uzadıb.
20 yaşlı qolkiperlə imzalanmış yeni sözləşmənin detalları açıqlanmayıb. Almaniyalı çərçivə qoruyucusu ölkəsinin U-21 yığmasının da formasını geyinir.
Qeyd edək ki, "Qarabağ" G qrupundakı ilk oyununu Almaniyada "Frayburq"a qarşı keçirib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Tərəflər arasında VI tur matçı noyabrın 3-də Bakıda olacaq.