Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha 2 qarşılaşma baş tutub.
“Trabzonspor” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb və bu matçdan qolsuz heç-heçə ilə ayrılıb. Lider “Başakşəhər” isə “Sivasspor”la ev oyunundan məğlubuyyətlə ayrılıb - 0:2. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyəti, Sivas klubunun isə ilk qələbəsi olub.
9 turdan sonra “Adana Dəmirspor”, “Beşiktaş” və “Konyaspor” 18 xalla zirvəyə şərikdirlər. “Fənərbaxça”, “Başakşəhər”, “Qalatasaray” və “Trabzonspor”un isə 17 xalı var.