Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) görüşü 1 dəqiqəlik sükutla başlayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bildirilir ki, 1 dəqiqəlik sükutla İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi yad ediləcək. Oktyabrın 9-da olan partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.
Qeyd edək ki, oktyabrın 11-də "Seltik Park" stadionunda keçiriləcək "Seltik" - "Leyptsiq" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.