Fransa klubu Loran Blana tapşırıldı

01:28 11 Oktyabr 2022

Fransanın “Olimpik” (Lion) komandasının baş məşqçisi Peter Bos istefaya göndərilib. Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.
 
Niderlanddan olan mütəxəssisin istefasına komandanın uğursuz nəticələri səbəb olub. Sözügedən kollektiv 14 xalla 9-cu pillədə qərarlaşıb. Bos 2021-ci ilin may ayından “Olimpik”ə rəhbərlik edirdi.
 
Lion klubu yeni baş məşqçisini də müəyyənləşdirib. Sözügedən komandanı bundan sonra Loran Blan çalışdıracaq. Fransadan olan 56 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayında bitəcək müqavilə imzalanıb.
 
Blan son olaraq Qətərin “Əl-Rayyan” klubunda baş məşqçi kimi çalışıb. 56 yaşlı mütəxəssis əvvəllər “Bordo” və PSJ-də, həmçinin Fransa yığmasında işləyib. 


Digər xəbərlər

Xəbər xətti