UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş baş tutub.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb "Dinamo"su evdə "Zalsburq"la qarşılaşıb və heç-heçə edib. E qrupunun digər matçında isə "Çelsi" "Milan"ın qonağı olub. İngiltərə təmsilçisi İtaliyadan inamlı qələbə ilə qayıdıb.
F qrupunda ÇL-in sonuncu qalibi “Real” Polşada Donetsk "Şaxtyor"unun qonağı olub. Madrid təmsilçisi bu oyunda məğlubiyyətdən son anda qurtulub. Bu qrupun digər matçında “Seltik” evdə “Leypsiq”ə 2 cavabsız qolla uduzub.
G qrupunda "Mançester Siti" Danimarkada "Kopenhagen"in qonağı olub. Bu oyunda qapılara qol vurulmayıb. Dortmund "Borussiya"sı isə Almaniyada "Sevilya" ilə “sülh bağlayıb”.
H qrupunda “Yuventus” İsraildə Hayfa "Makkabi"sinin qonağı olub və məğlubiyyətlə üzləşib. PSJ - "Benfika" matçında isə qalib müəyyənləşməyib.
Bu turun qalan 8 oyunu oktyabrın 12-də keçiriləcək.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 4-cü tur
11 oktyabr
E qrupu
Milan (İtaliya) - Çelsi (İngiltərə) 0:2
Qol: Jorjinyo, 21-pen. Obameyanq, 34.
Dinamo (Zaqreb, Xorvatiya) - Zalsburq (Avstriya) 1:1
Qol: Lyubiçiç, 40 – Seyvald, 12.
Xal: Çelsi – 7. Zalsburq – 6. Milan – 4. Dinamo – 4.
F qrupu
Seltik (Şotlandiya) - Leypsiq (Almaniya) 0:2
Qol: Verner, 75. Forsberq, 84.
Şaxtyor (Donetsk, Ukrayna) - Real (İspaniya) 1:1
Qol: Zubkov, 46 – Rüdiger, 90+5.
Xal: Real – 10. Leypsiq – 6. Şaxtyor – 5. Seltik – 1.
G qrupu
Kopenhagen (Danimarka) - Mançester Siti (İngiltərə) 0:0
Borussiya (Dortmund, Almaniya) - Sevilya (İspaniya) 1:1
Qol: Bellingem, 35 – Nyanzu, 18.
Xal: Mançester Siti – 10. Borussiya – 7. Kopenhagen – 2. Sevilya – 2.
H qrupu
Makkabi (Hayfa, İsrail) - Yuventus (İtaliya) 2:0
Qol: Atzili, 7; 42.
PSJ (Fransa) - Benfika (Portuqaliya) 1:1
Qol: Mbappe, 40-pen – J.Mario, 62-pen.
Xal: PSJ – 8. Benfika – 8. Makkabi – 3. Yuventus – 3.