Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsi çərçivəsində ilk səfər matçına çıxıb. Sportarena.az xəbər verir ki, komandamız bu dəfə Afinada Yunanıstan yığması ilə qarşılaşıb.
Ötən seçmə mərhələdə də bu rəqiblə üz-üzə gələn futzalçılarımız Afinada 3, Bakıda isə 4 cavabsız qol vuraraq qələbə qazanmışdı.
Azərbaycan yığması səfər matçında demək olar ki, çətinlik çəkməyib. Yeddi cavabsız qola sevinən komandamız ardıcıl ikinci oyunu da qələbə ilə başa vurub.
DÇ-2024-ün əsas seçmə mərhələsi
6-cı qrup
Yunanıstan – Azərbaycan 0:7
Qol: Rafael Vilela, 1:43. Xətai Bağırov, 5:00; 15:17. Qallo, 17:32; 24:38. Bolinya 26:28. Felipinyo, 38:52.
Hakimlər: Ademir Avdic, David Qlavonjiç, George Jansizian (hamısı İsveç).
Afina. Teodoros-Putos İdman zalı.