"Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək” - Joze Alesio Da Silva

10:00 12 Oktyabr 2022

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva DÇ-2024-ün əsas seçmə mərhələsi çərçivəsində Yunanıstan yığmasına qarşı keçirdikləri oyunu şərh edib. Braziliyalı mütəxəssis 7:0 hesabıyla qalib gəldikləri matçdan sonra federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
“Uşaqları təbrik edirəm. Polşa ilə oyundan sonra düşərgəmizdəki vəziyyəti bilirdim, ona görə də oyunçuları matça daha çox psixoloji baxımdan hazırladıq. Çünki əksəriyyəti oyunun asan keçəcəyini düşünürdü. Konsentrasiya mən istəyən səviyyədə deyildi. Buna görə də intizamlı oynadıq, qol buraxmadıq. Çalışırdıq ki, hesabı erkən açaq. Ardıcıl 2 qol vurduqdan sonra rəqib müdafiədən çıxmağa, əks-hücumlar qurmağa başladı. Bu da xeyrimizə işlədi. Sona 5 dəqiqə qalmış qapıçını da meydan oyunçusu ilə əvəzlədim. Hesabdakı fərqi artırmaq vacib idi. Çünki top fərqi yekunda gərəyimiz ola bilər. Yenə deyirəm, indi asan rəqib, rahat udulacaq komanda yoxdur. Gərək məşq zamanı, eləcə də oyundan əvvəl taktiki planda verilən tapşırıqları dəqiq yerinə yetirəsən. Bu gün bunu bacardıq və bəhrəsini gördük. Qrupun qalibi Polşadakı oyunda müəyyənləşəcək”.


Digər xəbərlər

Xəbər xətti