Azərbaycan Cüdo Federasiyası ilə Özbəkistan Cüdo Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Sportarena.az xəbər verir ki, memorandumu Özbəkistan Cüdo Federasiyasının prezidenti Əzizcan Kamilov və ACF-in vitse-prezidenti Elnur Məmmədli imzalayıb.
Anlaşma Memorandumun əsas məqsədi cüdo sahəsində əməkdaşlıq vasitəsilə iki ölkənin xalqları arasında qarşılıqlı anlaşma və həmrəyliyin güclənməsinə töhfə vermək, dostluq münasibətlərini inkişaf etdirmək və birgə fəaliyyət quraraq ölkədə cüdonun inkişafına yönələn qarşılıqlı faydalı nəticələrə nail olmaqdır.
Eyni zamanda, hər iki tərəf arasında idman tədqiqatları, idman tədbirlərin təşkilinə dəstək göstərilməsi, tibbi əməkdaşlıq və digər sahələrdə də əməkdaşlıq qurulacaq.