“Sərhədçi” İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış oyunu baş tutub. Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov da açılış qarşılaşmasını izləyənlər arasında olub.
Açılış oyununda "Sərhədçi” və NTD komandaları qarşılaşıblar. Oyuna NTD basketbolçuları fəal başlayıblar. Onların bu üstünlüyü oyunun sonuna qədər davam edib. Yekunda 77:71 hesabı ilə rəqibini məğlub edən NTD çempionata qələbə ilə başlayıb.
Birinci turun digər görüşləri 15 oktyabrda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək.