“Bavariya” Çempionlar Liqasında rekorda imza atdı

12:29 13 Oktyabr 2022

“Bavariya” qrup mərhələsinin oyunlarında ən uzun məğlubiyyətsizlik seriyasına görə Çempionlar Liqasının rekordunu qırıb. Almaniya klubu Çempionlar Liqasının qrup mərhələsində ardıcıl 11 oyunda qalib gəlib.
 
Əvvəllər turnirdə iştirak edən komandaların heç biri belə nailiyyət əldə edə bilməyib.
 
Belə ki, oktyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunun oyununda “Bavariya” Çexiyanın “Viktoriya” (Plzen) komandasını 4:2 hesabı ilə məğlub edib.
 
“Bavariya” 4 oyundan sonra 12 xalla C qrupunun turnir cədvəlinə başçılıq edir. Münhenlilər beşinci turda “Barselona” ilə qarşılaşacaq. 


Digər xəbərlər

Xəbər xətti