“Qarabağ”dan top almaq asan deyil” - Miçel Qonsales

00:30 14 Oktyabr 2022

Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. İspaniyalı mütəxəssis 0:0 hesabı ilə bitən oyundan sonra baş tutan mətbuat konfransında jurnalistlərin bunları söyləyib:
 
"Oyunçularımı təbrik edirəm. Belə gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil. Gələcəyə ümidlə baxırıq. Komandadakı durumu görürsünüz. Bu vəziyyətdən birlikdə çıxmağa çalışacağıq. Bəzi itkilərimiz var. Yann Mvila ağrılarla oynayırdı”.
 
Qonsales "Qarabağ"ın baxımlı oyun sərgilədiyini vurğulayıb: "Yəqin ki, azarkeşlər də öz komandalarının oyunundan zövq aldılar. Həmişə dolu tribunalar önündə çıxış etmək xoşuma gəlib".
 
Baş məşqçi Yunanıstanda 0:3 hesabı ilə uduzduqları 3-cü tur matçını da xatırlayıb: “Həmin nəticə amansız oldu. Məğlubiyyəti haqq etmirdik. Evdəki görüşdə hər səhv edəndə qapımızda qol gördük. Hücumda bir çox alternativi olan komandaya qarşı oynadıq. Onlardan topu almaq və dominantlıq etmək asan deyil".


Digər xəbərlər

Xəbər xətti