"Qarabağ" birinci oldu, Ovusu gerilədi

10:37 14 Oktyabr 2022

UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra komandaların statistik göstəriciləri açıqlanıb. Bakıda Yunanıstanın "Olimpiakos" klubu ilə heç-heçə edən "Qarabağ" keçirdiyi 4 oyunda 3-cü dəfə qol buraxmayıb. Azərbaycan təmsilçisi quru oyun sayında 1-ci pillədədir.
 
"Atlılar"la yanaşı, "Frayburq" (Almaniya) və "Real Sosyedad" (İspaniya) 3 matçda qol buraxmayıb. Onlar müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşıb.
 
"Qarabağ"ın hücumçusu Kvabena Ovusu qapıya endirilən zərbə sayında (7) 3 turdan sonra lider idisə, dünənki "Olimpiakos" qarşılaşmasından sonra 2-ci sıraya geriləyib. Siyahının ilk pilləsinə "Braqa"dan Viktor Oliveyra yüksəlib. Portuqaliyalı hücumçunun aktivində 9 dəqiq zərbə var.
 
"Qarabağ" yer aldığı G qrupunda 7 xalla 2-cidir.


Digər xəbərlər

Xəbər xətti