Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Nant" öz meydanında "Frayburq"a (Almaniya) böyük hesabla uduzub - 0:4.
Bununla da komanda AL-in pley-off mərhələsinə çıxmaq üçün işlərini daha da çətinləşdirib. Sona 2 tur qalmış fransalıların hesabında 3 xal var. Onlar lider "Frayburq"dan 9, ikinci pillədəki "Qarabağ"dan isə 4 xal geri qalırlar.
Fransa mediasının yazdığına görə, "Frayburq"a dünənki məğlubiyyət komandanın son 36 ildə avrokuboklardakı ən ağır ev məğlubiyyəti olub. Onlar son dəfə avrokuboklarda 1986-cı ilin sentyabrında "Torino"ya 0:4 hesabı ilə uduzmuşdular. İtaliyadakı görüş isə 1:1 hesabı ilə nəticələnib.
"Nant" səfərdə 4 top fərqi ilə sonuncu dəfə isə 2002-ci ilin 26 fevralında "Old Trafford"da "Mançester Yunayted"ə uduzub (1:5).