UEFA 2025-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb.
Sportarena.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, turniri keçirmək üçün 7 ölkə müraciət edib. Fransa, Polşa və İsveçrə ilə yanaşı, Danimarka, Finlandiya, Norveç və İsveç Avropa çempionatını birgə təşkil etmək istəyini UEFA-ya rəsmi şəkildə bildirib.
Qurum ev sahibi ölkənin adını 2023-cü ilin yanvarında açıqlayacaq.