UEFA Avropa Liqasının qrup mərhələsinin IV turundan sonra həftənin ən yaxşı qolu müəyyənləşib.
Bu ada Türkiyə "Trabzonspor"unun yarımmüdafiəçisi Enis Bardinin evdə Fransa "Monako"suna vurduğu qol layiq görülüb.
Şimali makedoniyalı oyunçu 4:0 hesablı qələbə qazandıqları matçın 57-ci dəqiqəsində cərimə zərbəsini dəqiq yerinə yetirib.