Xəbər verdiyimiz kimi, Azərbaycan çempionatının 10-cu turunda “Qəbələ” “Şamaxı” ilə 1:1-lik bərabərliyə imza atıb.
Sportarena.az xəbər verir ki, matçın son dəqiqələrində gərgin anlar yaşanıb.
Qarşılaşmanın 90+4-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Roman Maçadonun zərbəsindən sonra top “Şamaxı”nın müdafiəçisi Cəlal Hüseynovun əlinə dəyib.
Lakin hakim həmin epizodda penalti təyin etməyib. “Qırmızı qaralar”ın etirazlarından sonra referi Rauf Allahverdiyev VAR otağı ilə epizodu müzakirə edib və qərarının dəyişməyib.