"Mançester Siti" futbolçusu Fil Fodenlə müqaviləni uzadıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək sözləşmə imzalanıb.
Onun əvvəlki müqaviləsi isə 2024-cü ilin yayına qədər idi.
Qed edək ki, Foden "şəhərlilər"in yetirməsidir. O, 2017-ci ildən klubun əsas komandasında oynayır. Futbolçu 2020-ci ildən İngiltərə millisinin üzvüdür.