Rəşad Sadıqov: “Hakimlərin niyə belə etdiklərini bilmirəm”

22:27 15 Oktyabr 2022

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 10-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləru oyunu şərh edib. Sportarena.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
“Sürətli və gərgin oyun oldu. Rəqibin matçın əvvəlində böyük qüvvə ilə irəli atılacağını gözləyirdik. Planımız işləyirdi. Həlledici məqam ələ düşən iki imkandan yararlanmamaq oldu. Məyusedici hal isə heç nədən qol buraxmağımızdır. Bu da rəqib futbolçunun ustalığından irəli gəlir. Sonradan irəli atıldıq. Oyun artıq qopmuşdu. Risk alırdıq. Yaxşı mübarizə apardıq. Komandada inkişaf görünür. Hər iki komanda qələbə qazana bilərdi. Rəqibi təbrik edirəm. Vacib xallar qazandılar. Artıq bu oyunu unudub, növbəti matçlara köklənməliyik”.
 
40 yaşlı mütəxəssis Coşqun Diniyevin qırmızı vərəqə almasına toxunub: "O qədər sarı vərəqəsi olan futbolçular var ki, etiraz etsələr də, ikincini almırlar. Elçin Məsiyevə sual verdim ki, neçə dənə belə sarı vərəqə göstərmisən. Cavab verə bilmədi. Elçin yaxşı hakimdir. Amma bu cür soyuqqanlı qərarlar çox vaxt "Zirə"yə qarşı olur. Hakimlikdən çox danışmaq istəmirəm. Çünki niyə belə etdiklərini bilmirəm".
 
O bildirib ki, Hamidu Keytanın zədələnməsi komanda üçün ciddi itkidir: "Sonradan onun yerinə meydana daxil olan futbolçular da pis təsir bağışlamadılar. Qol epizoduna girdilər. Sadəcə, fərqlənə bilmədilər".


Digər xəbərlər

Xəbər xətti