Dadaşovlu “Şalke”dən heç-heçə

11:14 16 Oktyabr 2022

Futbol üzrə Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Rot Vays Ahlen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
 
Rüfət də bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
 
“Şalke”nin ikinci komandası 12 turdan sonra 20 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb. 


Digər xəbərlər

Xəbər xətti