Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, daha 4 qarşılaşma baş tutub. “Fatih Karagümrük” evdə “Hatayspor”u 3 cavabsız qolla məğlub edib. Beş qolun qeydə alındığı “Kasımpaşa” - “Adana Dəmirspor” matçında qonaqlar qalib gəliblər. “Konyaspor” da evdə “Qaziantep”ə uduzub. “Qalatasaray” bu tur “Kayserispor”un qonağı olub. Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbəyə seviniblər.
Türkiyə Super Liqası
9-cu tur
Fatih Karagümrük – Hatayspor 3:0
Qol: Koker, 36. Borini, 45+3. Diaqne, 90+8-pen.
Kasımpaşa – Adana Dəmirspor 1:4
Qol: Bahoken, 56 – Belhanda, 37. Akintola, 40. Onyekuru, 63. Ndiaye, 86.
Kayserispor – Qalatasaray 2:1
Qol: Qavranoviç, 22. O.Bulut, 34 – B.Yılmaz, 86.
Konyaspor – Qaziantep 0:1
Qol: A.Kızıldağ, 85.