"Fənərbaxça" "Adana Dəmirspor"un forvardı Artyom Dzyuba ilə müqavilə imzalamaq fikrindən daşınıb.
Sportarena.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, bir müddət əvvəl İstanbul klubunun qışda rusiyalı forvardı transfer edəcəyi iddia olunurdu.
Amma Türkiyə nəhənginin rəsmisi Səlahəddin Baki məsələ haqda bu cür danışıb:
"Xeyr, bu, mümkün deyil. Biz bütün hücumçularımızdan razıyıq. Üstəlik, yeni legioner üçün yerimiz də yoxdu".
Bu mövsüm Dzyuba Superliqada 4 oyuna 1 qol vurub.