"Çelsi" klubunda çıxış edən İngiltərə millisinin futbolçusu Ris Ceyms bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
23 yaşlı müdafiəçi 2 ay yaşıl meydanlardan kənarda qalacaq.
Ceyms İtaliyada "Milan"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV tur oyununda zədələnib.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.