Qurban Qurbanov: “Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq”

20:30 16 Oktyabr 2022

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 10-cu turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportarena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

- Futbolçularımı təbrik edirəm. Çox əziyyət çəkdilər. Şükürlər olsun, sonda 3 xalı qazandıq. Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Futbolçularımdan razı qaldım. Rəqibin əks-hücumlarının qarşısını ala bilirdik. İkinci hissədə bir anlaşılmazlıq oldu, qol buraxdıq. Samir Abasova uğurlar arzulayıram. İnanıram ki, qarşıda daha yaxşı, nəticə verən komanda olacaq.

- Komandada yorğunluq aradan qalxırmı?
- Xeyr. Elə zamandayıq ki, futbolçuların yorğunluqdan sonra dərhal özlərinə gələcəklərini deyə bilmərik. 4 gün sonra yenə oyunumuz var. Futbolçularımızın yaxşı durumunu geri qaytarmağa çalışacağıq. Çempionat oyunları gərgin keçir. Asan deyil.

- Bu mövsümkü çempionatın daha maraqlı olduğunu düşünürsüz?
- Əlbəttə, azərbaycanlı kadrlarımızın hərəsinin bir komandanın başında olmasına ancaq sevinə bilərik. Bölgələrə getmək çox maraqlıdır. Tovuzda ilk çempionluğumu yaşamışam. Gəncədə azarkeş kütləsi, ajiotaj çox yaxşıdır. Oraların futbol mədəniyyətini yenidən yada salmaq çox xoşdur.

- “Nant”la matç barədə düşünürsüz?
- Hələ vaxta var. Qarşıda çempionat matçımız var. Hazırlaşmaq üçün vaxtımız olacaq. Futbolçuları optimal formaya gətirməyə çalışacağıq.

- Kadi Borges “Nant”la oyuna hazır ola bilər?
- Vəziyyəti yaxşılığa doğru gedir. Qarşıdakı matçda oynayıb-oynamayacağını hələ bilmirik. Gələn həftə daha dolğun cavab verə biləcəyik.


Digər xəbərlər

Xəbər xətti