Futbol üzrə Xorvatiya çempionatında 13-cü turun oyunları keçirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Varajdin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
Mahir bu görüşün iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 13 turdan sonra 34 xalla zirvədə qərarlaşıb.