"Braziliya və Fransa dünya çempionatının əsas favoritləridi" - Lionel Messi

19:53 17 Oktyabr 2022

Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messi Qətərdə keçiriləcək dünya çempionatında favoritlərini açıqlayıb.

O, Braziliya və Fransanın çempionluğa əsas namizədlər olduğunu söyləyib:

"Favoritlər baxımından Braziliya, Almaniya, Fransa, İngiltərə, İspaniya kimi böyük komandalar var. Əminəm ki, bəzilərini unutmuşam. Amma bir və ya ikisini seçməli olsam,düşünürəm ki, Braziliya və Fransa dünya çempionu olmağa qazanmağa əsas namizədlərdir".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. 


Xəbər xətti