"Qızıl top" mükafatının qalibinin adına aydınlıq gəlib.
Sportarena.az xəbər verir ki, gözlənildiyi kimi "Real" və Fransa millisinin forvardı Kərim Benzema hamıdan yaxşı seçilib. O, ilk dəfə bu mükafata layiq görülüb.
Benzema ötən mövsüm "Real"ın heyətində İspaniya Primerosunun və Çempionlar Liqasının qalibi olub.