UEFA Türkiyə Futbol Federasiyasını cəzalandırıb.
Sportarena.az xəbər verir ki, buna səbəb Türkiyə millisinin Millətlər Liqası 5-ci Turunun Lüksemburqla matçı olub. Belə ki, azarkeşlər oyun zamanı meydana yad əşyalar atıb.
Qitənin ali futbol qurumu "ay-ulduzlular"ı 25 min avro məbləğində cərimələyib. Bundan başqa Türkiyə yığmasının növbəti ev oyununda 5 min oturacaq boş saxlanılmalıdır.
Qeyd edək ki, Türkiyə - Lüksemburq qarşılaşması 3:3 hesablı bərabərliklə başa çatıb.