Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub. Sportarena.az xəbər verir ki, daha 2 qarşılaşma baş tutub.
Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Fənərbaxça” darmadağına sevinib - 3:0. “Sivasspor” isə “Girəsunspor”u oxşar hesabla məğlub edib.
9 turdan sonra 21 xala malik “Adana Dəmirspor” vahid liderdir. 20 xalı olan “Fənərbaxça” və “Başakşəhər” 2-3-cü pillələri bölüşürlər. “Beşiktaş” 19 xalla dördüncü, “Trabzonspor” 18 xalla altıncı, “Qalatasaray” 17 xalla yeddincidir.