Daha 2 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

11:33 18 Oktyabr 2022

İspaniyanın Pontevedra şəhərindəki güləş üzrə U-23 dünya çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, bu gün Azərbaycanın daha iki yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

Nihat Məmmədli (60 kq) təsnifat mərhələsində Oljas Sultanla (Qazaxıstan) üz-üzə gələcək. Qurban Qurbanov (72 kq) eyni raundda Yanis Nifrini (Fransa) ilə qarşılaşacaq.

Bu gün həmçinin Nihad Quluzadə (55 kq) final görüşünə çıxacaq. O, qızıl medal uğrunda Poya Marzla (İran) üz-üzə gələcək. Ziya Babaşov (63 kq) üçüncü yer uğrunda görüşdə Ahmed Bağduda (Misir)/Ryuto İkeda (Yaponiya) cütünün qalibi ilə, Sərxan Məmmədov (130 kq) isə Əliəkbər Yusufiəhmədçali (İran)/Marin Nişimura (Yaponiya) duelinin güclüsü isə güləşəcək. 


Xəbər xətti