Formula 1 üzrə Azərbaycan qran-prisinin təşkilatçısı – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyində dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub.
Bildirilib ki, son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətinə özəl sektorda davam edəcək.