"Qarabağ" avrokuboklarda ən az qol buraxan komandalar sırasında yer alıb

14:19 18 Oktyabr 2022

Cari mövsümdə avrokuboklarda ən az qol buraxan komandalar bəlli olub. "10-luq"da Azərbaycan çempionu "Qarabağ" da yer alıb.

Ağdam klubu Avropa Liqasının qrup mərhələsinin ilk 4 turunda qapısında cəmi iki qol görüb. Bu, “Qarabağ”ın ilk turda Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzduğu görüşə təsadüf edib.

Siyahıda Ağdam təmsilçisinin rəqibi "Frayburq" da var. Bundesliqada klubunun qapısından yeganə topu məhz "Qarabağ" keçirib.

İlk iki pillədə qapısından qol buraxmayan Türkiyənin "Başakşəhər" və Belçikanın "Bürügge" komandaları qərarlaşıb. 



Digər xəbərlər

Xəbər xətti