Məşhur futbolçu karyerasını göz yaşları ilə başa vurdu - VİDEO

15:37 18 Oktyabr 2022

Məşhur futbolçu Qonzalo İquain karyerasını başa vurub.

34 yaşlı hücumçu komandası "İnter Mayami" (ABŞ) ilə son oyununa çıxıb. O, mövsümün son matçında - MLS-in pley-offunda "Nyu-York Siti" ilə görüşdə (0:3) meydanda olub.

İquain oyundan sonra göz yaşlarını saxlaya bilməyib. 

Qeyd edək ki, İquain karyerası ərzində "İnter Mayami"dən əvvəl "River Pleyt", "Real", "Napoli", "Yuventus", "Milan", "Çelsi"də oynayıb. O, 75 matçda 31 qolla Argentina millisinin tarixində ən yaxşı 5-ci bombardirdir. Forvard ümumilikdə 335 qola imza atıb. 

 


Xəbər xətti