Qətərdə keçiriləcək dünya çempionatına satılan biletlərin sayı açıqlanıb

15:54 18 Oktyabr 2022

Qətərdə keçiriləcək dünya çempionatına satılan biletlərin sayı məlum olub.

 

Sportarena.az xəbər verir ki, hazırda mundial üçün 2 milyon 890 min bilet satılıb. Bu barədə FIFA rəsmisi Kolin Smit Qətərin paytaxtı Dohada keçirilən mətbuat konfransında məlumat verib.

 

Ən çox bilet alan ölkələr isə meydan sahibi Qətərlə yanaşı ABŞ və Səudiyyə Ərəbistanıdır.

 

Qeyd edək ki, DÇ-2022 21 noyabr tarixində start götürəcək və dekabrın 18-dək davam edəcək. 


Xəbər xətti