Bu gün AFFA-nın inzibati binasında "AFFA Region Liqası”nın 2022/2023-cü illər mövsümünün püşkü atılıb.
Sportarena.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibinin müavini Kamran Vəliyev, Məşqçilər Komitəsinin üzvləri Ağasəlim Mircavadovla Şahin Diniyev, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev iştirak ediblər.
Region Liqasının oyunları 5 regionu əhatə edəcək - Paytaxt və Şimal, Şimal-Qərb və Qərb, Cənub, Mərkəz və Naxçıvan Muxtar Respublikası. Püşkün nəticəsinə uyğun olaraq, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal zonası
A qrupu
Bakı Atletik – Mübariz
Gənclik – Qusar
Şirvanovka – Dirçəliş
Rekord (istirahət edir)
B qrupu
Cürət – Difai
İCBFA – Cəbrayıl
Çinar-Zəngilan – İrəvan
Lokomotiv (istirahət edir)
Şimal-Qərb və Qərb zonası
Karvan – Göygöl
VT Gəncə - Ağstafa
Qala-Şəmkir – Marxal-Şəki
Göyəzən – Şəki
Cənub zonası
Qobustan – Xəzər Lənkəran 42
Zəfər 44 – Ərkivan (Masallı)
Lerik – Neftçala
Mərkəz zonası
Ərgünəş – Ağsu Siti
Araz (Saatlı) – İsmayıllı
Ağsu-06 – Füzuli
Naxçıvan Muxtar Respublikasında keçiriləcək "AFFA Region Liqası"nın püşkatma və oyunların başlama tarixi barədə əlavə məlumat veriləcək.