Dünya çempionatı: Güləşçimiz finalda uduzdu

07:55 19 Oktyabr 2022

İspaniyanın Pontevedra şəhərində güləş üzrə gənclər arasında (U-23) dünya çempionatı keçirilir.

Sportarena.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın yunan-Roma güləşçiləri üç medal qazana bilər.

Nihad Quluzadə (55 kq) finalda məğlub olub. Ziya Babaşov (63 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

​Bundan əvvəl onların komanda yoldaşları Nihat Məmmədli (60 kq) və Qurban Qurbanov (72 kq) döşəkçə üzərinə çıxıb. Onların hər ikisi qalib gələrək finala yüksəliblər. 


Digər xəbərlər

Xəbər xətti