Mahir Emreli "Dinamo"nu tərk edir?

10:36 19 Oktyabr 2022

Azərbaycan millisinin və "Dinamo"nun hücumçusu Mahir Emreli karyerasında dəyişiklik etməyə hazırlaşır.

Zaqreb klubundakı durumundan narazı olan Emreli qışda başqa komandaya keçə bilər.

Forvard onun xidmətində maraqlı olan klublardan birinə icarəyə yollanmaq niyyətindədi. Onu istəyən klub transfer məbləğini ödəyərsə, forvardın transfer hüququna da sahib çıxa bilər.

Emrelinin Belçika çempionatında iştirak edən klublardan birinə keçəcəyi gündəmdədi. (sportal)


Xəbər xətti