FİFA Türkiyənin "Girəsunspor" klubuna transfer qadağası qoyub. Buna Super Liqa təmsilçisinin sabiq futbolçusu Jan Pyerlə müqaviləyə xitam verməsi səbəb olub.
Klub xərçəng xəstəliyi diaqnozu qoyulan braziliyalı yarımmüdafiəçini ilə yollarını ayırdığı üçün cəzalanıb.
“Girəsunspor" qarşıdakı 2 transfer pəncərəsində heyətinə yeni futbolçular qata bilməyəcək. Bundan başqa, klub 765 000 avro məbləğində cərimə olunub.