"Şalke" Frank Krameri istefaya göndərib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, uğursuz nəticələrin ardından rəhbərlik onu postunda saxlamayıb. 2022-ci ilin iyulunda Helzenkirhen klubuna baş məşqçi təyin olunmuşdu Kramerin buradakı işi 110 gün çəkib.
Bundesliqada 10 turdan sonra "Şalke" 17-ci pillədədi.