"Milan"ın müdafiəçisi Teo Hernandesin evi qarət edilib.
Sportarena.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Oktyabrın 18-də axşam saatlarında futbolçunun Kassano Magnaqodakı villasına qara maskalı 4 silahlı soyğunçu girib. Hadisə zamanı Hernandes evdə olmasa da, onun sevgilisi Zoe Kristofoli və altı aylıq oğlu villada olub. Soyğunçular 1 milyon avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar. Hazırda polis kamera görüntülərini araşdırır.
Qeyd edək ki, T.Hernandes 2019-cu ilin iyulunda "Milan"a keçib.