Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.
30 yaşlı yarımmüdafiəçi “Harts” klubunun maraq dairəsinə düşüb. Mahmudov Edinburq təmsilçisinin orta xəttindəki problemləri aradan qaldıra biləcək əsas varinatlardan biri hesab olunur.
Emin Mahmudov 2016-cı ildən Azərbaycan millisində, 2017-ci ildən isə “Neftçi”də çıxış edir.