Futbol üzrə Almaniya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" doğma meydanda "Sankt-Pauli"ni qəbul edib.
Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Əlavə vaxtın 119-cu dəqiqəsində qələbə qolunu vuran "Frayburq" 1/8 finala adını yazdırıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin ilk turunda səfərdə "Frayburq"a 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında ikinci görüş 3 noyabr tarixində bakı baş tutacaq.