Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin final mərhələsinə yüksəlib.
Sportarena.az xəbər verir ki, o, yarımfinalda Riçard Rapportla üz-üzə gəlib. Rəqibini 3,5:2,5 hesabı ilə məğlub edən Ş.Məmmədyarov finala çıxıb.
Şəhriyar Məmmədyarov həlledici mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni 3:1 hesabı ilə məğlub edən polşalı Yan Kşiştof-Duda ilə qarşılaşacaq.