Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Albaniyanın Dürres şəhərində keçirilən gənclər arasında Avropa birinciliyində 2 gümüş medal qazanıb.
67 kq-da çıxış edən "Zirvə" İdman Klubunun üzvü yaşı 20-dək olan idmançılar arasında qüvvəsinı sınayıb. Birdən qaldırmada 140 kq-ı ram edən Cavadov bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırmada 165 kq-ı başı üzərinə qaldıran idmançı bu hərəkətdə 4-cü pillədə qərarlaşıb. Toplam 305 kq (140+165) nəticə göstərən atlet yekun sıralamada 2-ci yeri tutub.
Eyni çəkidə mübarizə aparan "Təhsil" İOEUGİŞ Məktəbinin təmsilçisi Murad Əliyev isə yarışı medalsız başa vurub.
Qeyd edək ki, daha əvvəl Tehran Məmmədov (61 kq) yaşı 20-yə qədər olan iştirakçılar arasında 2 gümüş 1 bürünc, İsa Rüstəmov (67 kq) isə 3 qızıl medal əldə edib.