Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ilk final görüşünü keçirib. 37 yaşlı qrossmeyster polşalı Yan Kşiştof-Duda ilə görüşüb.
Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1.
İkinci final görüşü oktyabrın 21-də olacaq.