“Murov” Çağırış Kubokunda 1/16 finala yüksəldi

08:50 21 Oktyabr 2022

Kişi voleybolçulardan ibarət “Murov” komandası Çağırış Kubokunda 1/16 final mərhələsinə yüksəlib. Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/32 finalın cavab oyununda Xorvatiyanın “Kitro Varazdin” kollektivi ilə üz-üzə gəlib.
 
Dərnəgül Voleybol Mərkəzindəki qarşılaşma Azərbaycan təmsilçisinin 3:1 (23:25; 25:18; 25:20; 25:17) hesablı qələbəsi ilə bitib.
 
İlk görüşdə "Murov" 3:0 (25:19, 25:18, 25:20) hesabı ilə qalib gəlmişdi.
 
“Murov”un növbəti raunddakı rəqibi Avstriyanın “UVC Grats” komandası olacaq.


Digər xəbərlər

Xəbər xətti